Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir. Artıq komandaların qış hazırlıq planları bəllidi.
Premyer-liqa klublarından “Turan Tovuz” təlim-məşq toplanışını Türkiyədə, “Kəpəz” Gəncədə, qalanları isə Bakıda keçəcək.
Əksəriyyət ölkə xaricinə yollanmağı əlavə vaxt itkisi sayıb. Ona görə də ikihəftəlik toplanışı öz bazalarında keçməyi daha məqbul sayıblar.
Bəs “bozqurdlar”ın xaricə getməsi vaxt itkisi olmayacaqmı? Bu sualı təcrübəli mütəxəssis Ağasəlim Mircavadova ünvanladıq.
Onun “Football-plus.az”a cavabı belə oldu: “Ümumiyyətlə, əvvəllər çempionatın 2-ci yarısı yanvarın sonu - fevralın əvvəlində bərpa olunurdu.
Ona görə də hamı Antalyaya gedirdi. İndi isə çempionat dekabrın 22-si bitdi, yanvarın 17-də başlayacaq.
Məlumdu ki, oyunçulara da 10 günlük istirahət lazımdı. Mən məşqçi işləyəndə futbolçularıma həftəlik proqram verirdim.
Öncə tərəzidə çəkilərini qeyd edirdik. Həmin o çəki ilə də istirahətdən qayıtmalıydılar.