Həmin o insanlar Tel Əvivə qayıtdı

06.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi (BƏƏ) İsrailə ləğv edilmiş "Flydubai" reyslərindəki bütün sərnişinlərin vətənə qaytarılmasını başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Khaleej Times" qəzeti məlumat yayıb.

Agentliyin məlumatına görə, oktyabrın 2-dən bəri Dubaydan İsrailin Ben Qurion hava limanına 37 reys həyata keçirilib və 7 479 sərnişin daşınıb. Repatriasiya uçuşları "Etihad Airways" və İsrail aviaşirkətləri tərəfindən həyata keçirilib.

Rəhbərlik "Etihad Airways"in Təl-Əvivə uçuşlar həyata keçirməyə davam etdiyini vurğulayıb. 

Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью