Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Teleaparıcı Nigar Mahmudova sosial media paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, aparıcı oğlan uşaqları böyüdən valideynlərlə bağlı fikirlərini bölüşüb. O, oğlan uşaqlarının ağlamasını qəbul edə bilmədiyini bildirib.
"Bilik Günü 1-ci sinif şagirdlərinin ağlamasını gördüm. Gördüyüm videoların hamısında oğlan uşaqları ağlayır. Oğlan uşağı ağlayanda başımın daşıdır. Haradasa görürəm ki, oğlan uşağı ağlayır, əsəbiləşirəm, onun valideynini "öldürmək" istəyirəm. Sən əsgər böyüdürsən. Lap müharibə olmayacaq, sən kişi böyüdürsən. Qız ağlasa, problem yoxdur, nə istəyirsə edə bilər. Oğlana demək lazımdır ki, sən kişisən, niyə ağlayırsan?" - deyə Nigar Mahmudova bildirib.
Aparıcının bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)