Həmin qəzada şəhid qardaşı da həyatını itirib Foto

06.06.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirənlərdən biri - 2004-cü il təvəllüdlü Göyüş Fəxrəddin oğlu Nəbiyev şəhid Pərvin İsgəndərovun qardaşıdır.

Qeyd edək ki, P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью