Həmin qohumlarını kral titullarından məhrum etmək niyyətindədir KİV | Icma.az
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Britaniya taxtının varisi taxt-taca oturduqdan sonra monarxiya ənənəsini kökündən dəyişməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Daily Beast” məlumat yayıb.
Belə ki, şahzadə Uilyam rəsmi vəzifələrini yerinə yetirməyən bütün qohumlarını kral titullarından məhrum etmək niyyətindədir.
Kensinqton sarayına yaxın mənbələrin məlumatına görə, qərar monarxiyanın “işləyən” üzvlərinin sayını azaltmağa yönəlmiş sistemli islahat kimi nəzərdə tutulub.
“Uilyam kral ailəsinin işləməyən bütün üzvlərini titullarından məhrum edəcək”, - nəşrin mənbələrindən biri bildirib.
Şahzadə Endrünün qızları şahzadələr Yevgeniya və Beatris, eləcə də şahzadə Harri və onun övladları Arçi və Lilibet təkcə titullarını deyil, həm də “Kral əlahəzrətləri” titullarını itirəcəklər.
Bu planları həyata keçirmək üçün gələcək monarx xüsusi patent verməli olacaq, çünki mövcud qanunlara əsasən, şahzadləri titulundan məhrum etmək mümkün deyil.
Tam oxu
Xəbəri oxu