Həmin sənədləri də “myGov”dan əldə etmək olacaq

11.08.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Təhsil haqqında dövlət nümunəli sənədlər artıq “myGov” platformasında əlçatandır.

“Qafqazinfo” xəbər verir ki, 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini “myGov” (web) - “Təhsil məlumatlarım” - “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

Yaxın günlərdə elektron təhsil sənədləri “myGov” mobil tətbiqində də əlçatan olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью