Həmin şəxslər üçün Astara sərhəd keçid məntəqəsində şərait yaradıldı Fotolar

14.06.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.

“Qafqazinfo” Apa-ya istinadən xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə lazımi şərait yaradıb.

Təxliyə olunacaq şəxslər üçün çay süfrəsi hazırlanıb. Səhhətində problem yarana biləcək şəxslərə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Təxliyə olunacaq şəxslərin daşınması üçün avtobuslar da ayrılıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью