Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Biz son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurun gözlərimiz önündə möhtəşəm və nümunəvi transformasiyasının şahidi olmuşuq. Bu gün həmin torpaqlar əsl dirçəliş dövrünü yaşayır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə Qarabağa səfər barədə “X” hesabında etdiyi paylaşımda bildirib.
Onun sözlərinə görə, bu, diplomatik korpusla birlikdə Qarabağa 22-ci səfərdir: “Hər səfər zamanı biz bərpa və quruculuq sahəsində yeni nailiyyətləri, bu torpaqlara həyatın qayıtmasını görürük”.
This marks our 22nd visit to Karabakh together with the diplomatic corps.
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 11, 2026
Over the past six years, we have witnessed the remarkable and exemplary transformation of Karabakh and Eastern Zangezur unfolding before our eyes. Today, these lands are experiencing a true renaissance.… pic.twitter.com/4SvwShMtOm