“Həmin vaxt sabun yeyirdim...” FOTO

06.12.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Qızlarıma hamilə olduğum zaman hamamda gizlicə sabun yeyirdim".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu sözləri məşhur türkiyəli aktrisa Pelin Akil "Berfu Yenenler ilə Tok Şou Perileri" verilişində deyib.

"Bərk sabunun qoxusuna dəli oluram. Həmin dönəm bütün sabun markaları mənə hədiyyə göndərib. Nanəni də sevirdim. Onun yağını yeyirdim. Hələ də onlardan iyrənmirəm", - aktrisa söyləyib.

Qeyd edək ki, Pelin Akil 2016-cı ildə həmkarı Anıl Altan ilə ailə qurub. Cütlüyün Alin və Lina adlı əkiz qız övladları var.

Xatırladaq ki, P. Akil sonuncu dəfə "Yalı çapkını" serialında "Diyar" obrazına həyat verib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью