Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq. Ağsu rayonunda 1988-ci il təvəllüdlü Aydın ailə münaqişəsi zəminində yaranan mübahisə zam
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 fevral 2024-cü ildə Ağsu rayonunun kəndində baş verib.
Aydın kənddə yerləşən evində spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə, həmin evin həyətində digər evdə yaşayan ailə üzvlərinin yanına gedib.
Anasına Bakı şəhərinə getməyəcəyini, kənddə qalıb işləyəcəyini deyib.
Həmin vaxt anası öskürdüyü üçün ələ salındığını zənn etdiyindən anası ilə sözlü mübahisə edib.
Elnarə anası ilə mübahisə etdiyi üçün əri Aydına sakit olmasını deyib. Aydın arvadından evindən çıxaraq getməsini tələb edib.
Lakin Elnarə ərinə evdən çıxmayacağını, evdə onun da payı olduğunu dediyi üçün onlar arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.
Mübahisə zamanı Aydın yumruqla Elnarənin sifət nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.