Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əməliyyat zamanı iş yoldaşları tərəfindən sürprizlə qarşılaşan "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən azad edilib.
Publika.az xəbər verir ki, bu barədə "German Hospital"dan məlumat verilib.
Bildirilib ki, xəstəxananın mama-ginekoloqu Ləman Əliyeva məlum hadisədən sonra işdən azad edilib: "Ləman xanımın bizim xəstəxana ilə artıq heç bir əlaqəsi qalmayıb, işdən azad edilib".
Məsələni aydınlaşdırmaq üçün Bakuplus.az-ın əməkdaşı mama-ginekoloq Ləman Əliyeva ilə əlaqə saxlayıb.
L.Əliyeva ona qarşı bu məsələnin sifariş olduğunu söyləyib: "Mənimlə bağlı yanlış məlumatları hər yerdə tirajlayıblar.
Mənə tapılmayan təki iş olsun. Məni tanıyan tanıyır. Hər şey yaxşıdır, narahat olmayın.
Olmayacaq "German hospital", olacaq başqa bir klinika. 18 illik fəaliyyətimdə heç bir pasiyent məndən şikayət etməyib.