“Həmişə deyirdi ki, mənimlə fəxr edin” Hökümənin ANASI

26.12.2024

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Hökümənin həlak olduğunu atası dedi. Hökümə 6-cı sinfə qədər Rusiyada oxuyub, Vətəni çox istəyirdi. Sonra Vətənə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”.

Redaktor.az xəbər verir ki, bunu "APA"-ya AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası Kəmalə Alıyeva bildirib.

O, Hökümənin 2016-cı ildən AZAL-da çalışdığını deyib: “Hökümə çox güləüz idi. Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin. Bir dəfə səfərdən dönəndə dedi ki, az qala təyyarə qəza edəcəkdi… Bu dəfə qəza oldu, qızım xilas ola bilmədi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью