Həmişə pulu olan bürclər

22.05.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astroloqlar xərclərini planlaşdırmaqda və pul toplamaqda hamıdan öndə olan bürclərin siyahısını hazırlayıblar. Məlum olub ki, bəzi bürclərin daxili nizam-intizamı onlara böyük gəlirləri olmadan belə impulsiv xərclərdən qaçmağa və gələcək üçün möhkəm maliyyə yastığı yaratmağa imkan verir.
Bürclərin pulla davranmaq bacarığına görə sıralaması belədir:
12-ci yer – Qoç Qoçların həyat tərzi anidən qərar vermək üzərində qurulub və bu, pulla münasibətdə də özünü göstərir. Gözlənilmədən böyük məbləğlər xərcləyə bilirlər, uzunmüddətli yığımlar barədə isə nadir hallarda düşünürlər.
11-ci yer – Şir Lüks həyatı sevən Şirlər qazanmağı bacarsalar da, xərcləməkdə də sərhəd tanımırlar. Şəxsi imic, bahalı hədiyyələr və zövqlər onların büdcəsini tez bir zamanda boşaldır.
10-cu yer – Oxatan Oxatanlar üçün pul sadəcə azadlıq və yeni yerlər kəşf etmək üçün vasitədir. Səyahətlərə və təəssüratlara pul əsirgəməyən bu bürcün nümayəndələri qənaət planlarını həmişə sonraya təxirə salırlar.
9-cu yer – Əkizlər Maliyyə məsələlərində sabitlik Əkizlərə görə deyil. Bu gün qənaət rejiminə keçən Əkizlər, sabah bütün pullarını bir anlıq həvəslə hansısa alış-verişə qurban verə bilərlər.
8-ci yer – Dolça Pula dırnaqarası baxan Dolçalar əllərindəkini dərhal yeni ideyalara və ya ehtiyacı olanlara paylaya bilərlər. Qənaət etmək onlar üçün prioritet olmasa da, çətin məqamda özlərini toplamağı bacarırlar.
7-ci yer – Balıqlar Balıqların maliyyə davranışı məntiqlə deyil, tamamilə emosiyalar və anlıq əhval-ruhiyyə ilə idarə olunur. Onlar bir gün çox qənaətcil, növbəti gün isə ifrat israfçı ola bilirlər.
6-cı yer – Tərəzi Həyatda tarazlıq axtarsalar da, gözəl və zərif əşyalara olan zəiflikləri Tərəziləri tez-tez xərcə salır. Nə qədər qənaət etmək istəsələr də, xərcləmək üçün həmişə ciddi bəhanə tapırlar.
5-ci yer – Xərçəng Xərçənglər üçün maddi sabitlik həm də daxili hüzur deməkdir. Pis günün qorxusu ilə pul toplamağa meyillidirlər, lakin özlərinin və ailələrinin rahatlığı üçün lazım olan xərclərdən də qaçmırlar.
4-cü yer – Əqrəb Maliyyə nəzarətini əldə saxlamağı xoşlayan Əqrəblər boş yerə pul sovurmağı sevmirlər. Ehtiyatlı davranaraq gizli və möhkəm büdcə formalaşdırmaqda olduqca uğurludurlar.
3-cü yer – Buğa Buğalar pulun qədrini yaxşı bilirlər. Keyfiyyətli və dəyərli əşyalara pul xərcləsələr də, mütləq kənarda toxunulmaz kapital saxlayırlar.
2-ci yer – Oğlaq Həqiqi maliyyə strateqi olan Oğlaqlar gələcəyi addım-addım planlaşdırırlar. Hər bir xərci öncədən hesablayır və maddi müstəqilliyə doğru inamla irəliləyirlər.
1-ci yer – Qız bürcü Qızlar qənaət və büdcə idarəçiliyində mütləq liderdirlər. Ən xırda detallara belə diqqət yetirən, xərclərini ciddi şəkildə qeydə alan bu bürcün nümayəndələrinin həmişə aydın və dəqiq maliyyə planı olur.
Yəni, astroloqların araşdırmasına görə, pulla davranmağı və gələcəyi sığortalamağı ən yaxşı bacaran bürclər Qız və Oğlaq, anlıq emosiyalarla ən çox israfçılıq edənlər isə Qoç və Şirlərdir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью