Həmişə rekord qırırdı, indi əksi oldu Video

07.07.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina millisinin kapitanı Lionel Messi FIFA Dünya çempionatları tarixinə qaçırdığı penaltilərlə də düşüb.

“Qafqazinfo”nun məlumatına görə, 39 yaşlı hücumçu 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misirə qarşı keçirilən görüşdə penaltidən yararlana bilməyib.

Bununla da Messinin dünya çempionatlarında yerinə yetirdiyi 8 penaltnin 4-ü uğursuz olub.

Belə ki, ulduz futbolçu ilk dəfə 2018-ci il dünya çempionatında İslandiya ilə oyunda penaltini qaçırıb.

2022-ci il mundialında isə Səudiyyə Ərəbistanı, Niderland, Xorvatiya və Fransa ilə görüşlərdə penalti zərbələrini dəqiq yerinə yetirib. Həmin turnirdə Polşa ilə qarşılaşmada penaltidən yararlana bilməyib.

2026-cı il dünya çempionatında Avstriya və Misirlə matçlarda da penalti zərbələrini qola çevirə bilməyən argentinalı futbolçu mundiallar tarixində ən çox penalti qaçıran oyunçu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью