“Həmişəki kimi zarafatlaşırdıq” Makron danışdı

27.05.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Fransa Prezidenti Emmanuel Makron Vyetnamda təyyarədən enməzdən əvvəl həyat yoldaşı Bricitlə sadəcə həmişəki kimi zarafatlaşdığını deyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə prezidenti jurnalistlərə açıqlamasında deyib.
“Həyat yoldaşım və mən tez-tez etdiyimiz kimi sadəcə zarafatlaşırdıq, vəssalam”, - Makron deyib.
Makron videonun planet miqyasında bir növ fəlakətə çevrilməsinə, onun ətrafında artıq nəzəriyyələrin qurulduğuna təəccübləndiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl “Associated Press” Fransa prezidentinin Vyetnama gəlişinin videosunu yayıb. Kadrlarda Makron təyyarənin içərisində olan zaman yoldaşının onu şillələməsi əks olunub. Bundan sonra Bricit, həmçinin Makronun qol-qola təyyarədən enmək təklifini də rədd edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью