Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün alman yazıçı Georq Büxnerin doğum günüdür.
Kulis.az onun əsərlərindən sitatlar təqdim edir.
Qətlin başladığı yerdə zəruri müdafiə bitir.
***
Varlıların həyatı bitib-tükənməyən bir bazar günüdür.
***
Hər bir fərdin təkrarolunmaz mahiyyətinə vara bilmək üçün insanlığı sevmək gərəkdir: heç kəs bu məhəbbət üçün həddindən artıq alçaq və ya həddindən artıq çirkin ola bilməz.
***
Aristokratın nəfəsi azadlığın canvermə xırıltısıdır.
***
Biz həmişə səhnədəyik, hətta sonda həqiqətən xəncərləndiyimiz anlarda belə...
***
Xalqın gücü ilə zəkanın gücü birdir.
***
İnsan bir uçurumdur, içinə baxdıqca başım gicəllənir.
***
Dövlət xalqın bədənini sıx saran şəffaf bir geyim olmalıdır.
***
Bəşəriyyətin addımları ləngdir, onları yalnız əsrlərlə ölçmək olar.
***
Yorğun gözlər üçün hər işıq həddindən artıq parlaq, yorğun dodaqlar üçün hər nəfəs həddindən artıq ağır, yorğun qulaqlar üçün hər kəlmə həddindən artıq artıqdır.
***
İnqilab Saturn kimidir, öz övladlarını udur.
***
Ölüm ən müqəddəs yuxudur.
***
Yalnız bir şey əbədidir: formadan formaya keçən, daim dəyişən və hər dəfə yenidən təcəlli edən sonsuz gözəllik.
***
Qadınlar hətta bir yalana belə insanı aşiq edə bilər.
***
Həmişəlik - necə də uzun bir sözdür!
***
Cəsarətlə ölməyi bacararam - bu, yaşamaqdan daha asandır.
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva
"Bədxahlarımız bunu bir qiyafə inqilabına bənzətmək istəsələr də..." - Qızlar üçün məktəb, yoxsa hamı üçün məscid? Şahzadə Diana haqqında yazılan kitab oğurlandı "Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər