Həmkarının dəfninə qatılan 92 yaşlı aktyorun halı pisləşdi

26.01.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Məşhur aktyor İzzet Günayın səhhətində problem yaranıb.

BAKU.WS xəbər verir ki, həmkarı Haldun Dormenin cənazəsinə qatılan aktyor cənazə namazı zamanı halı pisləşib və o qəfil huşunu itirib.

Ona vaxtında müdaxilə edilərək ilk tibbi yardım göstərilib. Daha sonra İzzet Günay yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

92 yaşlı aktyor müalicələrin ardından əvvəlki səhhətinə qovuşub. O bu barədə video yayaraq vəziyyyətinin yaxşı olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью