Həmkarının səfər edəcəyi tarixi açıqladı

06.07.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 24-də ABŞ-yə rəsmi səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Məsələ ilə bağlı sualı cavablandıran Ağ Ev rəhbəri bildirib:

“Sədr Si sentyabrın sonlarına doğru – səhv etmirəmsə, 24-ündə bura gələcək”.

Qeyd edək ki, Tramp 13-15 may tarixlərində Çinə səfər etmişdi. Si Cinpin həmin səfəri tarixi kimi qiymətləndirmiş, ABŞ lideri isə Çinlə “möhtəşəm ticarət sazişləri”nin əldə olunduğunu açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью