Həmkarlar İttifaqı Konfederasiyasının sədri sanatoriyaya yeni direktor təyin etdi

29.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən “Bilgəh” kardioloji sanatoriyasına yeni direktor təyin olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu barədə konfederasiya sədri Sahib Məmmədov əmr imzalayıb. Əmrə əsasən, kardioloq-həkim Afiyəddin İsgəndərov "Bilgəh” kardioloji sanatoriyasının rəhbəri vəzifəsinə gətirilib. O, bundan əvvəl AHİK-in tərkibində olan "Qaranquş" uroloji sanatoriyasının direktoru və Bakı Sağlamlıq Mərkəzinin Təcili Yardım şöbəsinin müdiri işləyib. Qeyd edək ki, "Bilgəh" kardioloji sanatoriyasının direktoru Muxtar Əhmədov sentyabr ayında işdən çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью