Həmkarlarını arxada qoydu

11.10.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İtaliya A seriyasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Turnirin mətbuat xidmətinin yaydığı xəbərə görə, bu nominasiyanın qalibi “Milan”ın çalışdırıcısı Massimiliano Alleqri olub. 58 yaşlı mütəxəssisə mükafat oktyabrın 19-da keçiriləcək “Milan” - “Fiorentina” matçından əvvəl təqdim olunacaq.
Xatırladaq ki, “Milan” ötən ay A seriyasında keçirdiyi 3 oyunun hər birini qələbə ilə başa vurub. Komanda hazırda turnir cədvəlində 6 oyuna 13 xalla 3-cü yeri tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью