Həmkəndlisini döydü, məhkəmədə barışdı

10.09.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Balakən rayonunda 22 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 2004-cü il təvəllüdlü Fuad kənd ərazisində küçədə Vazeh (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəllər tanıdığı Vazehin sifətinə başı ilə bir dəfə vurub. O, yerə yıxıldıqdan sonra isə yumruqla və təpiklə belinə 5-6 dəfə qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Fuadın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və iş baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim Cinayət Məcəlləsinin 73.2-ci maddəsini tətbiq edib.
Hökmə əsasən, bu tələblərə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью