Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hemofiliya, qanın normal şəkildə laxtalana bilmədiyi nadir, irsi qan xəstəliyidir.
Laxtalanmamaya səbə isə qanın lazımı qədər laxtalanma zülalına malik olmamasıdır.
Hemofiliyalı insanlarda qan laxtalana bilmədiyi üçün hər hansı zədə və ya cərrahi əməliyyatdan sonra uzun müddətli daxili və ya xarici qanaxma baş verir.
Ağır hallarda oynaqlarda və əzələlərdə də qanaxma baş verir.
Kiçik kəsiklər hemofiliyalı insanlar üçün böyük problem deyil, ancaq xəstəliyin ağır formaları bədən daxilində qanaxma riskini artırır.
Bu da orqan və toxumalara zərər verə bilər. Hemofiliya üçün əsas risk faktoru qohumların da xəstə olmasıdır.
Çünki xəstəliyin ən əsas xüsusiyyəti irsi olmasıdır. Hemofiliya dünyada təxminən hər 10.000 doğuşdan birində qeydə alınır.