Həmrəylik kubokunun qalibləri bilindi

04.01.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Sports.az" saytının təşkilatçılığı, Etopaz-ın baş sponsorluğu və "Şah klub"un dəstəyilə media nümayəndələri arasında şahmat üzrə birinci "Həmrəylik kuboku" baş tutub.

Fanat.Az xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə onlayn formatda təşkil olunmuş turnir 9 turdan ibarət dairəvi sistemlə keçirilib. 

Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda yekunda 8 xalla İctimai Radionun aparıcısı Əhməd Əliyev çempion olub.

İkinci yeri 6.5 xalla ATV-nin tanınmış aparıcısı İlkin Fikrətoğlu, üçüncü yeri isə 6 xalla Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının media departamentindən Emil Əliyarlı tutub. 

Qaliblərə və bütün iştirakçılara Etopazın pul mükafatları təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью