“Həmrəylik” yay düşərgəsi 250 gənci bir araya gətirib | Icma.az
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Konstitusiya və Suverenlik İli” həsr olunan “Yay Fest 2025” düşərgəsi 250 gənci bir araya gətirib.
525.az xəbər verir ki, festival çərçivəsində gənclər Konstitusiya prinsipləri və dövlətçilik ənənələrinin təbliği, milli suverenlik və hüquqi dəyərlərin qorunması kimi mühüm mövzular barədə maarifləndirilir, müxtəlif fəaliyyətlərə cəlb olunurlar.
“Yay Fest 2025”in sayca ikinci olan “Həmrəylik” düşərgəsi birliyə əsaslanan düşüncə tərzinin təşviqi, ictimai həmrəyliyin gücləndirilməsi və ümummilli dəyərlərin təbliği istiqamətində iştirakçılara həm fərdi inkişaf, həm də sosial məsuliyyət baxımından önəmli imkanlar təqdim edib.
Düşərgə müddətində təşkil edilən “Milli dəyərlər və Ulu Öndər Heydər Əliyev irsi” mövzusunda görüş gənclərin tarixi irs və milli kimlik anlayışına dair biliklərinin dərinləşdirilməsinə xidmət edib.
Təlim və panel görüşləri arasında “Zamanın idarə olunması və məqsədyönlülük”, “İçindəki lideri kəşf et” və “Mikrofona deyil, ürəklərə danış” kimi motivasiyaverici sessiyalar, “Səhnədən həyata: Yaradıcı ifadənin gücü”, “Könüllü təşkilatların həmrəylik modeli” və “Süni intellekt və gələcəyin bacarıqları” adlı interaktiv müzakirələr iştirakçıların yüksək marağına səbəb olub.
Belə ki, “Həmrəylik” düşərgəsi gənclər üçün həm öyrədici, həm də əyləncəli bir təcrübə yaşatmaqla yadda qalıb.
Təbiət qoynunda baş tutan idman oyunları, intellektual yarışlar, master-klasslar, vörkşoplar ilkin tibbi yardım təlimi və haykinq kimi fəaliyyətlər iştirakçıların həm fiziki, həm də sosial bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Tam oxu
Xəbəri oxu