Icma.az bildirir, Modern.az portalına istinadən.
“Qarabağ” futbol komandası UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu - VIII turunda “Liverpul” ilə bir neçə dəqiqədən sonra qarşılaşacaq.
Artıq Azərbaycan çempionunu dəstəkləmək üçün müxtəlif ölkələrdən gələn azarkeşlər dünyanın ən məşhur futbol arenalarından biri sayılan “Enfild” stadionunun qarşısında toplaşmağa başlayıblar.
Həmçinin “Qarabağ”ın ən sadiq azarkeş qrupu sayılan “İmarət”in təşəbbüsü ilə azarkeş yürüşü keçirilib. Qeyd edək ki, “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Modern.az AZƏRTAC-ın stadion ətrafından çəkilmiş fotolarını təqdim edir: