Həmyerlimizin adı Kanadada əbədiləşdirildi Foto

15.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kanadanın nüfuzlu Toronto Universitetinin Mühəndislik Elmləri proqramının məzunu Emil Kərimov təhsilə verdiyi töhfə ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı feysbukda yazıb.

Onun sözlərinə görə, E. Kərimov universitetə ianə edərək təhsilin inkişafına və gələcək nəsillər üçün geniş imkanların yaradılmasına dəstək göstərib:

“Emil Kərimovun xeyirxah təşəbbüsü yüksək qiymətləndirilib və adı təhsilə verdiyi töhfənin rəmzi olaraq Toronto Universitetinin həyətində yerləşən, elm və təhsilin inkişafında mühüm xidmətləri olan şəxslərin adlarının həkk olunduğu xüsusi daş lövhədə əbədiləşdirilib.

Emil Kərimovun nümunəsi təkcə bir məzunun universitetinə bağlılığının göstəricisi deyil, həm də xaricdə uğur qazanan azərbaycanlıların cəmiyyətə uğurlu inteqrasiyasının təsdiqidir”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью