Həmyerlimizin öldüyü dəhşətli qəzanın anbaan görüntüsü VİDEO

16.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Həmyerlimizin öldüyü qəzanın görüntüsü sosial şəbəkədə geniş yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında Rusiyanın Moskva şəhərində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü sola dönən zaman işıqforun qırmızı işığına məhəl qoymadan hərəkət edən “Hyundai” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “VAZ” tamamilə yararsız vəziyyətə düşüb, sürücüsü Rövşən adlı şəxs isə aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. 
Qeyd edək ki, qəzayla bağlı araşdırmalar davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью