Həmyerlimizin oynadığı klub Albaniyada qalib gəlib

13.09.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Albaniyada futbol üzrə ölkə çempionatında 3-cü turun oyunları keçirilib.

İdman.biz-in məlumatına görə, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Bulis Belş"ə 1:0 hesabı ilə qalib gəlib. Əliyev 87-ci dəqiqədə meydana daxil olub.

Bu qələbədən sonra "Eqnatiya" 4 xalla Albaniya çempionatının turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью