Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Keçmiş UFC çempionu Həmzət Çimayev karyerasına ciddi təsir göstərən səhhət problemlərindən danışıb.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, idmançı bunu Adam Zubayrayevin “YouTube” kanalına müsahibəsində bildirib. O qeyd edib ki, qalxanabənzər vəzinin yarısı çıxarılıb, yeddi dəfə anesteziya alıb və altı əməliyyat keçirib.
O, həmçinin karyerası ərzində çoxsaylı digər xəsarətlər aldığını qeyd edib.
“İnsanlar bilirlər ki, mən tez-tez xəstələnirəm. Bu, yəqin ki, Allahın iradəsidir, amma həyatı yaşamaq lazımdır”, – Çimayev deyib.
Döyüşçü oktyabr ayında döyüşməyi planlaşdırdığını, hazırda isə dekabr üçün qarşılaşma təyin etməyə çalışdığını bildirib.
Çimayev əlavə edib ki, döyüş baş tutmasa, sağlamlığına diqqət ayırmaq üçün fasilə verməyə hazırdır:
“Əməliyyatları təxirə salıram və hər döyüşə bir növ problemlə girirəm”.