Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 16 noyabr, AZƏRTAC
“Qarabağ”ın qadın həndbolçulardan ibarət komandası Avropa Kubokunun 1/6 final mərhələsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gəlib. Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan görüş rəqibin 33:20 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 17-də olacaq. Razılaşmaya əsasən, ikinci oyun da “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçiriləcək.