Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Həndbol üzrə kişilər arasında XXXI Azərbaycan çempionatında VI turun iki oyunu keçirilib.
Federasiyadan "Report"a verilən məlumata görə, qarşılaşmalar "AHF Arena"da baş tutub.
"Qarabağ" klubu "İdman Akademiyası"nı 32:25 hesabı ilə məğlub edib. "Bakı" isə "Azəryol"dan üstün olub - 31:29.
Xal durumu: "Bakı", "Azəryol", "Qarabağ" - 10, "Kür" - 8, "Dinamo", "Təhsil" - 6, "İdman Akademiyası" - 2, U-17, "Gənclər Birliyi" - 1.