Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyunları keçirilib

15.02.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Həndbol üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.

"Report" xəbər verir ki, qadınların final mərhələsində 1-4-cü yerlər uğrunda yarışan "Azəryol" "Qarabağ"la üz-üzə gəlib.

"AHF Arena"da keçirilən görüş "Azəryol"un 32:21 hesablı qələbəsi ilə nəticələnib.

Kişi həndbolçuların çempionatında 5-6-cı yerlər uğrunda mübarizə aparan U-17 "Dinamo" ilə görüşüb. Qarşılaşma "Dinamo"nun 40:35 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью