Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilib

21.05.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilib. Həndbol Federasiyasından SİA-ya verilən məlumata görə, ilk oyun günündə əvvəlcə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları meydançaya çıxıblar.

“AHF Arena”da baş tutan görüşdə 35:26 hesablı qələbə qazanan “Azəryol” adını finala yazdırıb.

Digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью