Həndbolda Norveçin “biləyini bükən” yoxdu

28.12.2024

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avstriyada keçirilən qadın həndbol yığmaları arasında Avropa çempionatı başa çatıb.

Həlledici oyunda Norveç və Danimarka yığmaları qarşılaşıb. İlk yarını minimal fərqlə (13:12) öndə bitirən norveçilər fasilədən sonra üstünlüyünü daha da artırıb. Oyun onların qələbəsi ilə bitib – 31:23. 3-cü yer uğrunda oyunda isə Macarıstan Fransanı 25:24 hesabıyla məğlub edib.
Xatırladaq ki, bu, 16-cı Avropa çempionatı idi. Norveç yığması indiyə qədər 10 dəfə qızıl, 3 dəfə gümüş, 1 dəfə bürünc medal qazanmaqla bu idman növündə aşkar favoritdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью