Henderson yenidən Premyer Liqada

11.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Ayaks”dan ayrılan Cordan Hendersonun yeni komandası bəlli olub.

QOL.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi yenidən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Tanınmış insayder Fabritsio Romano 35 yaşlı futbolçunun “Brentford”la razılığa gəldiyini və tezliklə tərəflərin 2 illik müqavilə bağlayacağı haqda məlumat yayıb.

Qeyd edək ki, Henderson 12 illik “Liverpul” karyerasından sonra “Əl-İttifaq”a yollanmış, oradan isə “Ayaks”a getmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью