Henlon Oveçkinin rekordu qıracağına əmindi

15.02.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Vaşinqton”un sabiq baş məşqçisi Qlen Henlon bu komandanın kapitanı Aleksandr Oveçkinin Ueyn Qretskinin snayperlik rekordunu (894) qırmaq uğrunda mübarizəsi haqda danışıb.
Xatırladaq ki, Henlon rusiyalı forvardın “Vaşinqton”dakı ilk çalışdırıcısı olub:

“Heç vaxt kimsə Qretskinin rekordunun qırılacağını düşünmürdü. Düşünürəm ki, üç-dörd il əvvəl adamlar Aleksin bunu bacaracağına şübhə ilə yanaşırdı. Mən ona və hokkeyə görə sevinirəm. Onda hər şeyin alınacağına əminəm. Oyunun belə stimul qazanması çox yaxşıdı”.


2005-ci ildən “Vaşinqton”un formasını geyən Oveçkin indiyə qədər müntəzəm çempionatda 879 qol vurub. O, əfsanəvi kanadalını geriyə qoymaq üçün daha 16 dəfə fərqlənməlidi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью