Henninq Otte: “Ordu üçün könüllü sistem kifayət etmir” | Icma.az
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniya Bundestaqının yeni hərbi komissarı Henninq Otte ölkədə məcburi hərbi xidmətin yenidən tətbiqinin qaçılmaz olduğunu bildirib.
O, bu barədə ARD televiziya kanalında yayımlanan proqramlardan birində çıxış edərkən danışıb.
Komissarın sözlərinə görə, hazırda könüllülük əsasında fəaliyyət göstərən sistem Almaniya Silahlı Qüvvələrinin artan ehtiyaclarını qarşılamır: “Ordu artıq kifayət qədər yüklənib.
Biz əsgərlərin üzərinə əlavə məsuliyyət qoya bilmərik. Bunun əvəzinə sıralar genişləndirilməlidir”, – deyə Otte qeyd edib.
Komissar bu məsələnin 2025-ci il ərzində parlamentin müzakirəsinə yenidən təqdim olunmasının vacibliyini vurğulayıb.
O, “məcburi elementlərin” indidən hazırlanmasının zəruri olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Ottenin fikrincə, İsveçdə tətbiq olunan məcburi hərbi yoxlama sistemi Almaniya üçün nümunə ola bilər.
Tam oxu
Xəbəri oxu