Hepatit A virusu haqqında nəyi bilirik? Dr. Tofiq Əkbərov

22.08.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təmiz olmayan içməli su və gigiyena qaydalarına əməl edilməməsi bir sıra infeksiyalara səbəb ola bilər. Bu infeksiyaların içərisində ən çox rast gəlinənlərdən biri Hepatit A-dır.

“Unikal” bu xəstəliklə bağlı Diaqnoz Tibb Mərkəzinin Baş Həkimin Müalicə İşləri üzrə Müavini, Terapevt-Hepatoloq Dr. Tofiq Əkbərovun müsahibəsini təqdim edir.

Hepatit A nədir?

Hepatit A – qaraciyərin virus mənşəli infeksiyasıdır. Virus adətən çirkli su və ya qida vasitəsilə orqanizmə daxil olur.

Yoluxma yolları:

Təmizlənməmiş içməli su

Əl yuma vərdişlərinin olmaması

Yoluxmuş şəxslərlə yaxın təmas

Çiy və ya kifayət qədər bişirilməmiş qidalar

Klinik təzahürlər:

Yorğunluq

Qızdırma

Qarın ağrısı

Ürəkbulanma, qusma

Gözlərdə və dəridə saralma (sarılıq)

Qorunma yolları:

Təmiz su istifadə edin

Əllərinizi tez-tez yuyun

Qidaları yaxşı bişirin

Uşaqlar və risk qrupundakılar üçün peyvənd vacibdir

Hər hansı əlamət hiss etdiyiniz halda həkimə müraciət etməyi unutmayın!


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью