Hepatit C sağalmır? Mütəxəssisdən mühüm AÇIQLAMA

30.10.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov danışıb.

O qeyd edib ki, Hepatit C-nin heç vaxt sağalmadığı və ömürlük xəstəlik olduğu düşünülür:

"Lakin müasir müalicə üsulları sayəsində Hepatit C 2–3 aya 99% hallarda tamamilə sağalır.
Hepatit B-nin yalnız narkotik vasitə istifadəçilərində olduğunu zənn edilir. Bəli, iynə ilə yoluxma riski böyükdür, lakin sterilliyə əməl olunmayan tibbi və ya kosmetik prosedurlar, stomatoloji müdaxilələr, eyni zamanda məişət və ailədaxili təmaslar vasitəsilə hər kəs yoluxa bilər.
Hepatit A və B-nin eyni olduğu, sadəcə adlarının fərqləndiyi düşünülür, lakin bunlar tamamilə fərqli viruslardır. Hepatit A kəskin keçir, xronikləşmir, qida və su vasitəsilə yoluxur. Hepatit B isə qan vasitəsilə yoluxur və xroniki hala keçə bilir.

Bitki çayları və pəhriz Hepatit C-ni tamamilə yox edə biləcəyi də cəmiyyətdə yayılan yanlış fikirlərdəndir. Çünki bitkilər yalnız qaraciyər funksiyasını dəstəkləyə bilər, virusu bədəndən təmizləmək gücünə malik deyil. Əsl müalicə yalnız antiviral dərmanlarla mümkündür.
Əhaliyə çatdırmaq istədiyimiz əsas mesaj bundan ibarətdir ki, virus hepatitləri qorxulu deyil, gecikdirilmiş diaqnoz təhlükəlidir. Buna görə də, mütəmadi müayinədən keçin və peyvəndlərlə qorunun".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью