Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
“Bəşər Əsədin tələm tələsik ölkəni tərk etməsinin səbəbi canını və ailəsini qurtarması ilə bağlıdır.
Putinə Əsədin pulları yox, özü lazımdır...” “Əsədin özü ilə Moskvaya guya 137 milyard dollar aparması haqda informasiyalar boş-boş sözlərdir.
Heç bir etibarlı mənbə bu haqda dəqiq məlumata sahib deyil. Belə olsaydı, “CNN”, “Nyu-York-Tayms”, “Vaşinqton-post” və s.
kanal və nəşrlər bu barədə yazardılar. Əsədin Rusiyaya uçması onun bu ölkəyə inamı ilə bağlıdır”.
Bunu Moderator.az-a açıqlamasında “Suriyadan qaçan keçmiş prezident Bəşər Əsədin özü ilə Moskvaya 137 milyard dollar aparması gerçəkdir, sizcə?
Bunu necə reallaşdırıb?” sualını cavablandırarkən siyasi analitik Tahir Cəfərli söyləyib.
“Bəşər Əsədin Rusiya paytaxtına getməsi Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun 1992-ci ilin mayında Bakıda baş verənlərdən Moskvaya uçmasını xatırladır.