Həqiqətənmi dünyada ən baha ət Azərbaycandadır? (ŞƏRH) | Icma.az
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi 2025-ci il yanvar ayı üçün təqdim olunan hesabatında ətin qiymətini açıqlayıb.
Hesabatda bildirilir ki, 2024-cü ildə dünya bazarında mal ətinin 1 kiloqramının orta qiyməti 6,2 dollar (10.5 manat), qoyun əti 9.6 dollar (16.3 manat), quş əti 3.9 dollar (6.63 manat) olub.
Azərbaycanda isə ətin qiymətinin dünya ölkələrindəki ətin qiyməti ilə müqayisəsi aşağıdakı kimidir: Mal əti 16-17 manat (9.4-10 dollar), qoyun əti 21-22 manat (12.3-13 dollar), quş əti 6.8-8 manat (4-4.7 dollar).
Mal əti dünya qiymətlərindən 3-3.4 dollar, qoyun əti 2.8-3.4 dollar, quş əti 0.10-0.8 dollar bahadır.
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, dünya bazarında olan qiymətlər orta birja qiymətləridir: "Bizdə isə pərakəndə mağaza qiymətləridir.
Birja qiyməti ilə pərakəndə mağaza qiymətini müqayisə etmək doğru olmaz.
Çünki burada logistik xərclər, əlavə gəlir, rüsumlar, mağazaların özlərinin qazancları və s. var.
Tam oxu
Xəbəri oxu