Heqset: ABŞ husilərə qarşı hərbi təzyiqi artırmaq niyyətindədir

08.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ administrasiyası bu ölkənin gəmilərinə hücumları dayandırana qədər Yəmənin “Ənsar Allah” hərəkatına təzyiqlərini artıracaq.”

APA xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset məlumat verib.

“Biz zərbələrin intensivliyini azaltmaq fikrində deyilik. Husilər gəmilərimizi atəşə tutmağı dayandıracaqlarını deməyincə, zərbələrimiz daha amansız olacaqlar. Bizim təzyiq tətbiq etmək üçün daha çox seçimimiz və variantımız var”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью