Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

04.10.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 4 oktyabr, AZƏRTAC

ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin müharibə katibi Pit Heqset deyib.

“İran Hörmüz boğazı ilə oyun oynamaq istəyirsə, boğaza onlar nəzarət etmir, biz nəzarət edirik. Onlar blokadadan heç nə keçirə bilməyiblər. Blokadamız sarsılmazdır və biz hər gecə, demək olar ki, müharibədən əvvəlki səviyyədə fəaliyyət göstəririk”, – deyə katib vurğulayıb.

Heqset qeyd edib ki, İran üçün güzəştə getmək vaxtıdır: “Bu, onların geri çəkilmələri üçün uyğun məqamdır. Əks halda, məsələ çətin yolla həll oluna bilər. İstənilən halda, vəziyyətə uyğunlaşmağa hazırıq”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью