Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, Pit Heqset bu sistemi dünyanın istənilən yerindən hər bir təhlükəni aşkarlamağa qadir olan sensorlar və peyklər şəbəkəsindən ibarət yeni nəsil “sayıq sistem” kimi təsvir edib.
Onun sözlərinə görə “Qızıl Qübbə” sistemi ballistik raketləri, hipersəs silahlarını və pilotsuz təyyarələri ABŞ ərazisinə təhlükə yartmazdan çox əvvəl zərərsizləşdirmək üçün nəzərdə tutulmuş kosmik tutucular şəbəkəsi ilə birləşdiriləcək.
“Prezident Donald Tramp Amerika xalqına məhz belə müdafiə vəd edib və Müdafiə Nazirliyi bunu həyata keçirəcək. Biz tam orbital üstünlüyü məhz belə qururuq. Biz Amerika xalqının təhlükəsizliyinə və təhlükəsizliyinə belə təminat veririk”, - Pentaqon rəhbəri vurğulayıb.
“Qızıl Qübbə” neçəyədir? “Qızıl Qübbə” sistemi ABŞ-nin materik hissəsini ballistik, hipersəs və qanadlı raketlər, həmçinin nüvə başlıqları da daxil olmaqla müxtəlif növ raket təhdidlərindən qorumaq üçün nəzərdə tutulmuş çoxqsəviyyəli Raket Hücumundan Müdafiə (RHM) sistemi yaratmaq üçün Vaşinqtonun təşəbbüsüdür.
2025-ci ildə ABŞ prezidentinin raketdən müdafiə sisteminin inkişafı ilə bağlı sərəncam imzalamasından sonra layihənin rəsmən icrasına başlanılıb.
Sistem, raketin uçuşunun müxtəlif mərhələlərində erkən xəbərdarlıq, izləmə və təhdidlərin qarşısını almağı təmin edəcək peyk aşkarlaması və istiqamətləndirməsi, habelə üç yerüstü müdafiə təbəqəsi daxil olmaqla inteqrasiyalı şəbəkə kimi planlaşdırılır.
Layihənin elan edilmiş dəyəri təqribən 175 milyard dollardır, ilkin mərhələlər üçün Konqres tərəfindən maliyyə planları təsdiqlənib. Layihənin proqnozlaşdırılan tamamlanma tarixi 2028-2029-cu illərdir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Onun sözlərinə görə “Qızıl Qübbə” sistemi ballistik raketləri, hipersəs silahlarını və pilotsuz təyyarələri ABŞ ərazisinə təhlükə yartmazdan çox əvvəl zərərsizləşdirmək üçün nəzərdə tutulmuş kosmik tutucular şəbəkəsi ilə birləşdiriləcək.