Heqset: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır

03.08.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ ordusu zərurət yaranacağı təqdirdə, İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazır vəziyyətdədir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset “X” sosial şəbəkəsində bildirib.

“ABŞ Müharibə Nazirliyi hazır idi və hazır olaraq qalır. Bu hazırlıq səviyyəsi İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasdadır. Silahlar istifadəyə hazırdır”, – Heqset yazıb.

Qeyd edək ki, bu bəyanat ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları və Vaşinqtonla Tehran arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью