Icma.az bildirir, Axar.az portalına istinadən.
Məğlub olmuş respublikaçı konqresmen Tomas Massi, tam bir uğursuz olaraq, ölkənin bəlkə də ən populyar və uğurlu hərbi rəsmisinə - hərbi naziri Pit Heqsetə impiçment elan etməyə çalışır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Co Baydenin hakimiyyəti dövründə tarixi minimuma düşən hərbi xidmətə qəbul göstəriciləri indi bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Üstəlik, Pit Heqsetin rəhbərliyi altında iki qələbə - Venesuela və İran əldə olunub. Buna görə də Heqset impiçment edilməməli, əksinə, təriflənməlidir.
Konqres, Pitin müdafiəsinə qalx!”, - o bildirib.
Qeyd edək ki, dünən respublikaçı konqresmen Tomas Massi ABŞ Nümayəndələr Palatasına hərbi nazir Pit Heqsetlə bağlı impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə təqdim edib.