Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ Nümayəndələr Palatası müdafiə naziri Pit Heqsetə qarşı impiçment təşəbbüsünün qarşısını alıb.
Turkustan.az xəbər verir ki, Heqseti tənqid edən bəzi respublikaçılar belə onun hərəkətlərinin impiçment üçün əsas sayılan “ağır cinayətlər və xırda hüquq pozuntuları” kateqoriyasına aid olmadığını bildiriblər. Bu arada ABŞ Prezidenti Donald Tramp impiçment təşəbbüsünü dəstəkləyən respublikaçı konqresmeni “məğlub” adlandırıb.
Turkustan.az xəbər verir ki, respublikaçı konqresmen Tomas Massi tərəfindən təqdim edilən səkkiz maddəlik impiçment təklifinin irəliləməsinə mane olan qətnamə Nümayəndələr Palatasında 211-ə qarşı 204 səslə qəbul edilib.
Heqseti tənqid edən bəzi respublikaçı qanunvericilər də müdafiə nazirinin hərəkətlərinin impiçment üçün tələb olunan “ağır cinayətlər və xırda hüquq pozuntuları” anlayışına uyğun gəlmədiyini əsas gətiriblər.
Aytən Yaşar/Turkustan.az