Heqset: İran yanlış qərarlar qəbul edərsə, ABŞ onun energetika sektoruna zərbə endirəcək

16.04.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

ABŞ silahlı qüvvələri İranın dəniz blokadasını dəstəkləyərək, Tehran yanlış qərar qəbul edəcəyi təqdirdə onun enerji obyektlərinə zərbə endirə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri (Müdafiə naziri) Pit Heqset mətbuat konfransında bildirib.

"Hələlik biz bu blokadanı, uğurlu blokadanı lazım olduğu qədər dəstəkləyəcəyik. Lakin əgər İran yanlış seçim edərsə, onu həm blokada, həm də infrastrukturun, elektrik stansiyalarının və enerji obyektlərinin bombardman edilməsi gözləyir", — deyə Pentaqon rəhbəri vurğulayıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью