Heqset İrana xəbərdarlıq etdi

25.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Lazım gələrsə, zərbələr endirəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset Viskonsin ştatındakı hərbi bazaya səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Vaşinqtonun İrana qarşı hərbi variantı gündəmdən çıxarmadığını bildirib.

Heqset qeyd edib ki, “kinetik zərbələr” hazırda dayandırılmayıb və ehtiyac yaranacağı təqdirdə ABŞ ordusu bundan istifadə edəcək. O, İranın ABŞ hərbçilərinə qarşı hər hansı addım atması halında Vaşinqtonun cavab verəcəyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью