Heqset Kanada ilə əməkdaşlığı məhdudlaşdıran məxfi direktiv dərc edib

21.11.2026

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Pentaqon ABŞ-ın və bütün yarımkürənin müdafiəsinə üstünlük vermək üçün ikitərəfli əməkdaşlığı gücləndirmək istəyir”

ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ-Kanada hərbi əməkdaşlığına məhdudiyyətlər qoyan məxfi direktiv dərc edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbəsinə istinadən məlumat yayıb.

Direktivin təfərrüatları açıqlanmayıb.

Pentaqon sözçüsü Sean Parnell bildirib ki, Pentaqon "Kanada ilə əlaqələrinin ABŞ-ın real müdafiə məqsədlərinə çatmasını və nəticədə canlanmış müdafiə münasibətlərini dəstəkləməsini" təmin etmək üçün addımlar atır.

O, əlavə edib ki, “Pentaqon ABŞ-ın və bütün yarımkürənin müdafiəsinə üstünlük vermək üçün ikitərəfli əməkdaşlığı gücləndirmək istəyir”.

Parnell Heqsetin direktivinin müdafiə kəşfiyyatının paylaşılmasına və ya ABŞ və Kanada hərbçilərinin NATO daxilində necə əməkdaşlıq etməsinə təsir etməyəcəyini söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью